18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Kallas Putin-Tramp görüşü ilə bağlı Avropa İttifaqının xarici işlər nazirlərini görüşə çağırıb
Tarix: 10-08-2025 18:03 | Bölmə: Dünya

Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas avqustun 11-nə Aİ xarici işlər nazirlərinin fövqəladə iclasını təyin edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Reuters"in məlumatına görə, görüş Rusiya və ABŞ prezidentləri arasında Ukrayna məsələsi üzrə avqustun 15-nə planlaşdırılan danışıqlara həsr olunub.
“ABŞ və Rusiya arasında hər hansı razılaşmaya Aİ və Ukrayna daxil olmalıdır”, - Kallas vurğulayıb.
Brüsselin təşəbbüsü Avropa liderlərinin təmas xəttinin gələcək danışıqlar üçün əsas olmasında təkid edən bəyanatları fonunda irəli sürülüb. Bu mövqe daha əvvəl Avropa Komissiyası, Almaniya, Fransa, İtaliya, Polşa, Finlandiya və Böyük Britaniyanın rəhbərlərinin birgə bəyanatında qeyd edilib.
Bir müddət əvvəl britaniyalı analitik Aleksandr Merkuris belə bir fikir bildirmişdi ki, avropalı siyasətçilər və Kiyev rejimi münaqişənin sona çatmasında maraqlı olmadığı üçün Rusiya-Amerika danışıqlarının əhəmiyyətini pozmağa və ya dəyərsizləşdirməyə cəhd edə bilər.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər