Bütün xəbərlər
EFE: İspaniyada ultra yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb
Tarix: 09-08-2025 17:46 | Bölmə: Dünya

İspaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb.
Faciə avqustun 9-da Valensiya şəhərinin Requena bələdiyyəsində baş verib.
"Bu şənbə günü Valensiyadakı Requena şəhərinin El Ponton bölgəsində ultra yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. İki nəfər şəxsi reyslə uçan Valensiya sakinləri olan kişilərdir", - nəşr yazır.
Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Mülki Qvardiya qəzanın səbəblərini araşdırır.




Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər