Bütün xəbərlər
"Əl Hadath": Ölkənin cənubunda sursat partlaması nəticəsində 6 Livan hərbçisi həlak olub
Tarix: 09-08-2025 16:43 | Bölmə: Dünya

Livanın cənubundakı Tir şəhəri yaxınlığında sursat partlaması nəticəsində azı 6 livanlı hərbçi həlak olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bu məlumata görə, partlayış mühəndis qoşunları birliyi şiə milis Hizbullaha məxsus silah anbarını sökərkən baş verib. Hadisə Vadi Zibqin bölgəsindəki yeraltı sığınacaqda baş verib.
Hadisə yerinə təcili yardım maşınları gəlib və zərərçəkənləri aparırlar. Yaralıların dəqiq sayı barədə məlumat verilmir.
Ötən ilin sentyabrında Livanda peycer və radioların da partladığı bildirilir. Bu hadisələr tarixdə Livan Hizbullah hərəkatına qarşı ən böyük hücum adlandırılıb. Washington Post qəzeti hücumların İsrail tərəfindən təşkil edildiyini yazıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər