11:39 / 08-08-2025
Lotereyada 72,2 milyon udub
23:31 / 07-08-2025
Təyyarə məcburi eniş edib
Bütün xəbərlər
"KahawaTungu": Amerikalı turistlərin olduğu təyyarə Keniyada eniş edərkən zürafə ilə toqquşub
Tarix: 08-08-2025 20:49 | Bölmə: Dünya

Keniyanın şimalında amerikalı turistlərin olduğu təyyarə zürafə ilə toqquşub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli “KahawaTungu” internet nəşri məlumat yayıb.
Hadisə ehtiyatda eniş zamanı baş verib. Pilot təyyarəni uçuş-enmə zolağı ilə apararkən kolların arasından iki zürafə qaçıb. Heyvanlar düz təyyarənin qarşısından yolu keçməyə başlayıblar.
"Pilot bildirib ki, dişi zürafələrdən biri təyyarənin pərvanəsinə dəyib və ondan bir neçə metr aralıda yıxılaraq qaçmaq istəyərkən əyləc etməyə vaxtı olmayıb. O, yerindəcə dünyasını dəyişib", - nəşr yazır.
Pilot və beş sərnişinin xəsarət almadığı qeyd edilir. İkinci zürafə isə toqquşmadan yayınmağı bacarıb.
Hazırda polis və Keniya Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.
Daha əvvəl bildirilmişdi ki, Kazan hava limanında təyyarə ilə dovşan toqquşub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər