19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
5 atı işgəncə ilə öldürən şəxs saxlanılıb
Tarix: 07-08-2025 19:48 | Bölmə: Dünya


Fransanın Normandiya əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları heyvanlara qarşı amansızlıqda ittiham olunan şəxsi saxlayıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, o, 5 atı işgəncə ilə öldürüb, daha 10 at sağ qalıb, lakin yaralanıb və şikəst olub.
Le Havre şəhər prokuroru Soisic Guillaume mətbuat konfransında jurnalistlərə işin gedişi barədə məlumat verib. Saxlanılan şəxs 2025-ci il iyulun 31-də və avqustun 1-də iki zorakılıq hadisəsini etiraf edib. Lakin həmin şəxs başqa cür istintaqla əməkdaşlıqdan imtina edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dörd at cəsədi tapıblar və baytarlar daha bir heyvanın xəsarətləri ağır olduğuna görə evtaniya etməli olublar. Digərlərinin cəsədlərində kəndir sıxılma və kəsilmiş-deşilmiş yara izləri aşkar edilib. Cinayətkar bəzi atların gözlərini çıxarıb.
İttiham tərəfi saxlanılan şəxsi psixiatrik ekspertizaya göndərib ki, bu da onun ağlı başında olmamasını müəyyən etməlidir. Məhkəmə 2025-ci ilin sentyabrında olacaq.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər