19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Kamboca rəsmi olaraq Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb
Tarix: 07-08-2025 19:16 | Bölmə: Dünya

Kamboca Krallığının baş naziri Hun Manet Nobel Komitəsinə məktub göndərərək, ABŞ prezidenti Donald Trampın Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kamboca Mətbuat Agentliyi məlumat yayıb.
Məktubun mətnində dövlət başçısı Amerika liderinin Tailandla sərhəddə vəziyyətin gərginləşdirilməsində rolunu vurğulayır.
Agentlik baş nazirin məktubundan sitat gətirir: “Namizədlik təkcə mənim şəxsi təqdirimi deyil, həm də Kamboca xalqının (Trampın) Kamboca və Tailand sərhədində sülh və sabitliyin bərpasında həlledici roluna görə səmimi minnətdarlığını əks etdirir.
Manet həmçinin bildirib ki, Trampın müdaxiləsi dağıdıcı potensial münaqişənin qarşısını alıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Ağ Ev rəhbərinin Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif etmişdi. Rusiya Xarici İşlər Nazirliyi Trampın mükafatlandırılması ideyasını yeni siyasi oyun adlandırıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər