Bütün xəbərlər
Karol Navrocki Polşa prezidenti kimi rəsmi olaraq andiçmə mərasimi keçirib
Tarix: 06-08-2025 13:04 | Bölmə: Dünya

Çərşənbə günü, avqustun 6-da Karol Navroçki rəsmi olaraq Polşanın beşillik müddətə prezidenti kimi fəaliyyətə başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  onun andiçmə mərasimi yerli telekanallar tərəfindən yayımlanıb. Tədbir parlamentin plenar iclas zalında baş tutub.
Protokola uyğun olaraq, Navroçkidən sədaqət andını Seymin sədri Şimon Holovnia qəbul edib.
İnauqurasiya mərasimində həmçinin deputatlar və senatorlar, hökumət nümayəndələri, diplomatik korpus, hərbçilər və din xadimləri iştirak ediblər. Bundan əlavə, tədbirdə iştirakdan imtina edən Lex Valesa istisna olmaqla, Navroçkinin andiçmə mərasimində Polşanın keçmiş prezidentləri iştirak edirdilər.
Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçirilib.Mərkəzi Seçki Komissiyasının məlumatına görə, müxalifət təmsilçisi Navroçki 50,89% səs toplayıb və hakim koalisiyanın nümayəndəsi Rafal Trzaskovskiyə qalib gəlib.
Alman nəşri Süddeutsche Zeitung (SZ) Navrotski milli maraqlara yönəlmiş mövqe tutur və Ukraynaya, ümumilikdə Avropa İttifaqına və xüsusən də Almaniyaya qarşı çıxır. Məqalə müəllifləri qeyd ediblər ki, seçilmiş Polşa prezidenti “öncə Polşa” şüarını təbliğ edir və siyasətini bu istiqamətdə quracağı gözlənilir.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər