Bütün xəbərlər
Trampın açıqlamalarına cavab olaraq Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın özünün Rusiya ilə ticarət etdiyinə diqqət çəkib
Tarix: 04-08-2025 22:08 | Bölmə: Dünya

Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın özünün Hindistana qarşı tədbirlər görərkən Rusiyadan xammal və gübrə almağa davam etdiyinə diqqət çəkib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Departamentin məlumatına görə, ABŞ Rusiyadan "nüvə sənayesi üçün uran heksaflorid", elektromobillərin istehsalı üçün palladium, gübrələr və kimyəvi maddələrin idxalını davam etdirir.
"Bunun fonunda Hindistana qarşı hərəkətlər əsassız və ağlabatan deyil", - departamentin bəyanatında deyilir.
Bəyanatda Hindistanın milli maraqlarını və iqtisadi təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcəyi də bildirilir.
Avqustun 4-də Amerika lideri Donald Tramp Hindistan tərəfinin Rusiya neftinin yenidən satışından qazanc əldə etdiyi üçün Hindistanın ABŞ-dan tarif artımları ilə üzləşəcəyini bildirib.




Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər