Bütün xəbərlər
"Bloomberg": Rusiya neftini almaqdan imtina Hindistana milyardlarla dollara başa gələ bilər
Tarix: 03-08-2025 21:08 | Bölmə: Dünya

"Bloomberg" xəbər verir ki, Donald Tramp administrasiyasının Hindistanı Rusiya neftini almağı dayandırmağa məcbur etmək cəhdləri ölkə üçün çox milyard dollarlıq itki ilə nəticələnə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin vurğuladığına görə, Hindistan şirkətləri Rusiya neftinin emalı və təkrar ixracını uğurla qurublar və bu, onlara rekord gəlir gətirir. Rusiyanın tədarükləri ölkənin ümumi neft idxalının 35-40%-ni təşkil edir ki, bu da inflyasiyanın cilovlanmasına və yanacağın qiymətlərinin sabitləşməsinə kömək edir.
"Bloomberg" analitikləri hesablayıblar ki, "5 dollar/barel endiriminin gündə 1,8 milyon barel tədarüklə azaldığını fərz etsək, Hindistanın idxal xərcləri ildə 11 milyard dollara qədər arta bilər".
Onlar qeyd edirlər ki, Rusiya tədarükünün azalması qlobal neft qiymətlərinin artmasına səbəb olarsa, real itkilər daha da böyük ola bilər.
Bundan əvvəl Tramp avqust ayından Hindistan mallarına 25% rüsum tətbiq ediləcəyini açıqlamış və bu qərarını “ticarət maneələri və Dehlinin Moskva ilə hərbi-energetika əməkdaşlığı” ilə izah etmişdi.
Bununla belə, Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) baş direktoru, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin professoru Konstantin Simonov hesab edir ki, Hindistan və Çin Rusiya neftinin alınmasını dayandırmayacaq.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər