Bütün xəbərlər
AP: Çin Maskın Starlink peyklərini vurmağın yollarını öyrənir
Tarix: 03-08-2025 20:52 | Bölmə: Dünya

Associated Press (AP) bu barədə yazır, Çin alimləri iş adamı İlon Maskın Starlink kosmik peyklərinin aradan qaldırılması yollarını və imkanlarını öyrənirlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bildirildiyinə görə, Çin Maskın peyklərini hökumət və strateji maraqlar üçün ciddi təhlükə olaraq görür.
Agentliyin məlumatına görə, “Starlink”lə mübarizə üçün mümkün vasitələrin siyahısına lazerlərlə təchiz edilmiş gizli sualtı qayıqlar, ion mühərrikləri olan zərbə peykləri, həmçinin biznesmenin şirkətinin təchizat zəncirlərində təxribat daxildir.
Bundan əvvəl media Çinin sentyabrın 3-də Pekində keçiriləcək hərbi paradda hipersəs raketləri və yeni pilotsuz təyyarələr təqdim etməyi planlaşdırdığı barədə məlumat vermişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər