Bütün xəbərlər
İran Xarici İşlər Nazirliyi Qərbi terrorizmi dəstəklədiyinə görə məsuliyyətə cəlb etməyə çağırıb
Tarix: 01-08-2025 11:44 | Bölmə: Dünya

Qərb terrorizmi dəstəklədiyinə görə beynəlxalq aləmdə məsuliyyət daşımalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
Onun fikrincə, Avropa ölkələri, eləcə də ABŞ terrorçu və ekstremistlərə yardım edir, həmçinin onları öz ərazilərində saxlayır.
"Onlar beynəlxalq hüququn müddəalarını pozduqlarına və terrorizmi dəstəklədiklərinə görə cavabdeh olmalıdırlar", - Xarici İşlər Nazirliyi öz Telegram kanalında Baqainin sözlərini dərc edib.
O, həmçinin qeyd edib ki, Qərb Tehrana qarşı əsassız ittihamlar irəli sürür, hamının diqqətini Avropa elitasının törətdiyi cinayətlərdən yayındırmağa çalışır.
Bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xamenei haqqında aşağılayıcı danışmamalı idi. O, həmçinin qeyd edib ki, Vaşinqton ABŞ Silahlı Qüvvələrinin zərbələri nəticəsində İranın nüvə proqramına vurduğu zərəri kompensasiya etməlidir.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər