Bütün xəbərlər
"Teleqraf": ABŞ Polşanın şikayətindən sonra Kiyevə silah tədarükünü bərpa edib
Tarix: 25-07-2025 17:09 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Polşanın Ukraynadakı səfirliyinə hücumla bağlı bəyanatından sonra Kiyevə silah tədarükünü bərpa etmək qərarına gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin xüsusi nümayəndəsi Keyt Kelloqa istinadən “Teleqraf” qəzeti yazıb.
İyulun 4-də Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkənin Kiyevdəki səfirliyinin zədələndiyini bildirib. Tələfat və dağıntılar barədə heç bir məlumat yoxdur.
“O (Tramp. – Red.) Kiyevə tədarükün (silahların. – Red.) bərpası üçün Pentaqonun rəhbəri Pit Heqsetlə əlaqə saxlamağı Kelloqa əmr edib”, - nəşr qeyd edir.
Qəzet aydınlaşdırır ki, Polşanın Kiyevdəki səfirliyinə hücum baş verən gün Sikorski Kelloqla əlaqə saxlayıb, vəziyyətdən şikayətlənib və Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü bərpa etməyi xahiş edib. “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ilk raket partiyasını göndərmək Pentaqona dörd gündən az vaxt sərf etdi və doqquz gün sonra Tramp Kiyev rejiminə 10 milyard dollarlıq yardım elan etdi.
İyulun 16-da Tramp NATO ilə razılaşma çərçivəsində Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünə başladığını elan edib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin ilk partiyası artıq Almaniyadan Kiyevə göndərilib.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər