15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
İsrailin xarici işlər naziri Saar Ukraynaya gəlib
Tarix: 22-07-2025 23:41 | Bölmə: Dünya

İsrailin xarici işlər naziri Gideon Saar rəsmi səfərlə Ukraynaya gəlib, İsrailin Kiyevdəki səfiri Mixail Brodski bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İsrailin xarici işlər naziri Gideon Saar rəsmi səfərlə Kiyevə gəlib", - Brodski Telegram kanalında yazıb.
Proqrama ölkə rəhbərliyi və yəhudi icmasının nümayəndələri ilə görüşlər daxildir.
“The Times of Israel” daha əvvəl Saarın Ukraynaya səfəri barədə yazmışdı. Qəzetin yazdığına görə, səfər iyulun 23-dək davam edəcək.Ukrayna rəhbərliyi ilə görüşlərdən əlavə, nazir Babi Yar Holokost memorialını ziyarət edəcək.
Bu səfər İsrail xarici işlər nazirinin 2023-cü ilin fevralından bəri Ukraynaya ikinci səfəri idi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər