15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
Tramp ABŞ-ı YUNESKO-dan çıxarmaq qərarına gəlib
Tarix: 22-07-2025 15:23 | Bölmə: Dünya

ABŞ dünyada təhsil, elm və mədəniyyətin inkişafına dəstək verən YUNESKO təşkilatından çıxacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı Amerika prezidenti Donald Tramp verib.
Administrasiya "The New York Post"un sorğusuna cavab olaraq Amerika liderinin təşəbbüsü ilə bağlı məlumat yayıb. Səbəbləri Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlayıb.
“Prezident Tramp ABŞ-ı mübahisəli, bölücü mədəni və sosial məsələləri dəstəkləyən təşkilat olan YUNESKO-dan çıxmaq qərarına gəlib”, - Kelli izah edib.
O, əlavə edib ki, Tramp ABŞ-ın bütün beynəlxalq təşkilatlara üzvlüyünü milli maraqlara uyğunluq baxımından nəzərdən keçirir.
Əvvəllər bildirilmişdi ki, Ağ Ev rəhbəri ölkə xəzinəsindən BMT və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əksər icbari və könüllü töhfələrin dayandırılması imkanını nəzərdən keçirir.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər