Bütün xəbərlər
Netanyahu müşaviri 25 ölkənin Qəzzada döyüşləri dayandırmaq çağırışını tənqid edib
Tarix: 22-07-2025 08:38 | Bölmə: Dünya

Qəzza zolağında hərbi əməliyyatların tez bir zamanda dayandırılması və humanitar yardımın tədarükünün bərpası çağırışı danışıqlar prosesinə mane olur, çünki çağırışda Fələstinin HƏMAS hərəkatının hərəkətləri pislənmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
İyulun 21-də 25 ölkənin diplomatiya rəhbərləri Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılması və humanitar yardımların çatdırılmasının bərpasının zəruriliyi ilə bağlı bəyanat imzalayıblar.
Gendelman deyib: “Həmasa qarşı bircə kəlmə də olsa təzyiq göstərilməyən birgə bəyanat ədalətsiz olmaqla yanaşı, həm də zərərlidir”.
Rəsmi bildirib ki, Qüds dünya birliyinin Qəzzada vəziyyəti yaxşılaşdırmaq üçün bütün istəklərinə hörmətlə yanaşır, lakin 25 ölkə tərəfindən qəbul edilən belə bir bəyanat “Həmas”a yanlış və təhlükəli siqnal göndərir.
Müşavir hesab edir: "Bu, aşkar həqiqətə tamamilə məhəl qoymur: razılaşma yolunda yeganə maneə olan HƏMAS-dır. Bu müharibəni başlatan Həmas, girovları tutan HƏMAS-dır".
Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada 60 günlük atəşkəsə razılaşacağını bildirsə də, zolağın tamamilə silahsızlaşdırılması və HƏMAS-ın hakimiyyətdən uzaqlaşdırılmasında israr edib. Diplomatiya uğursuz olarsa, İsrail öz məqsədlərini hərbi yolla həyata keçirməyə davam edəcək.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər