Bütün xəbərlər
Aİ Çin rəhbərliyi ilə sammitdə Ukrayna münaqişəsini müzakirə edəcək
Tarix: 21-07-2025 19:05 | Bölmə: Dünya

Aİ rəhbərliyi Çinlə sammitdə Ukraynadakı münaqişəni və ikitərəfli münasibətləri müzakirə etməyi planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlətlərarası assosiasiyanın saytında məlumat verilib.
Sammitdə Avropa Komissiyası və Avropa Şurasının rəhbərləri ilə yanaşı, Çinin sədri Si Cinpin və Çin Dövlət Şurasının Baş naziri Li Çianq da iştirak edəcək.
“Sammitdə əsas müzakirə mövzuları Aİ və Çin arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qlobal çağırışlar, o cümlədən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü olacaq”, - məlumatda deyilir.
Bundan əlavə, danışıqlar zamanı tərəflər Aİ və Çin arasında ticarət əməkdaşlığını, həmçinin iqlim dəyişikliyi, biomüxtəliflik və “yaşıl keçid”lə bağlı mövzuları müzakirə edəcəklər.
İyulun 24-də gözlənilən Aİ-Çin sammiti iyulun 21-də elan edilib. Bildirilir ki, Si Cinpin, həmçinin Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə ayrıca şəxsi görüşlər keçirəcək.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər