Bütün xəbərlər
Rusiya səfiri Paramonov: "İtaliya Gergievin konsertini ləğv etməklə özünə zərər verdi"
Tarix: 21-07-2025 18:54 | Bölmə: Dünya

Rusiyalı dirijor və Böyük Teatrın baş direktoru Valeri Gergiyevin Kazerta sarayında simfonik konsertinin ləğvi Rusiyadan çox İtaliyanın özünə zərərlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Romadakı səfiri Aleksey Paramonov deyib.
Onun sözlərinə görə, İtaliya belə bir jestlə öz nüfuzunu aşağı salır və ölkənin açıqlığını şübhə altına alır.
"Valeri Gergievin konsertinin ləğvinin Rusiyaya zərər verəcəyini düşünənlər dərindən yanılırlar.Əksinə, İtaliyanın özünə ziyan dəyəcək", - Paramonov Rusiyanın Romadakı səfirliyinin Teleqram kanalında deyib.
Rusiyalı diplomat İtaliya mətbuatının Rusiya Federasiyasından olan musiqiçilərə qarşı aqressiyasının “şok doğurduğunu” açıqlayıb. Paramonov vurğulayıb ki, Gergiev Rusiya-İtaliya mədəni əlaqələrinin inkişafına böyük töhfə verib. Konsertin ləğvi onu göstərir ki, İtaliya hakimiyyəti təcavüzkarların fəallaşmasına imkan verir, hər iki ölkənin xalqlarını ziddiyyətə salmağa çalışır, deyə o, yekunlaşdırıb.
Gergiev və Mariinski Teatrının solistlərinin çıxışının ləğvi barədə iyulun 21-də “Kralların yayı” musiqi festivalının mətbuat xidməti məlumat yayıb. Konsert iyulun 27-də Salerno Filarmonik Orkestrinin iştirakı ilə baş tutmalı idi.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər