Bütün xəbərlər
Tramp hindliləri idman komandalarının adlarına qaytarmağa çağırıb
Tarix: 20-07-2025 21:23 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Amerikanın idman komandaları olan "Washington Commanders" və "Cleveland Guardians"ı onların nüfuzunu itirməmək üçün adlarını dəyişməyə, hind istinadlarını geri qaytarmağa çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Amerika prezidenti vurğulayıb ki, “Washington Commanders” Amerika futbol komandası və “Cleveland Guardians” beysbol komandası öz adlarını tarixi olan “Vaşinqton Redskins” və “Cleveland Indians” adlandırmalıdırlar. Onun sözlərinə görə, üç-dörd il əvvəlkindən zaman dəyişib, bir çox şeylərə münasibət fərqlidir.
"Bizim böyük hind xalqımız kütləvi şəkildə bunun baş verməsini istəyir. Onları sistematik olaraq irs və nüfuzlarından oğurlayırlar. Zaman üç-dörd il əvvəlkindən fərqlidir. Biz ehtiras və sağlam düşüncə ölkəsiyik.Sahiblər, bunu edin", - Tramp yazıb.
Komandalar 2020-2021-ci illərdə hindlilərə istinadı Amerikanın yerli xalqlarına qarşı təhqir hesab edən ictimaiyyətin təzyiqi ilə adlarını və loqolarını dəyişdiriblər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər