Bütün xəbərlər
"Rar": Putin və Tramp Çində görüşərsə, ABŞ ultimatumlardan imtina edəcək
Tarix: 20-07-2025 12:24 | Bölmə: Dünya

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Çində görüşəcəyi təqdirdə Vaşinqton Rusiya və Çinə qarşı ultimatum və sanksiyalardan imtina edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri alman politoloqu Aleksandr Rar Telegram kanalında bildirib.
Ekspertin fikrincə, məhdudiyyətlərin tətbiqi və ticarət müharibələrinin davam etdirilməsi qlobal iqtisadiyyatın çökməsinə və Rusiya, Çin və ABŞ arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq.
“Görüşdən gözlənilən şey ABŞ-ın Rusiya və Çinə qarşı hər hansı 50 günlük ultimatumlardan və yeni sanksiyalardan (ticarət müharibələri) imtina etməsidir”, - "Rar" yazıb.
O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası, ABŞ və Çin liderləri arasında mümkün görüş çətin ki, “ABŞ-ı yenidən öz tərəfinə çəkdiklərinə” əmin olan avropalıların müsbət reaksiyasına səbəb olsun.
Tramp bundan əvvəl Putinlə görüşə bilməsinin Moskvanın ritorikasından asılı olduğunu demişdi. O, həmçinin qeyd edib ki, son üç ay ərzində müxtəlif beynəlxalq münaqişələrin həlli üçün çoxlu səylər göstərib, lakin Ukraynada müharibəni dayandıra bilməyib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər