Bütün xəbərlər
Vyetnamda turist gəmisinin qəzaya uğraması nəticəsində 34 nəfər ölüb
Tarix: 19-07-2025 22:13 | Bölmə: Dünya

Xilasedicilər Vyetnamda turist gəmisinin qəzaya uğradığı yerdə 34 nəfərin cəsədini tapıblar. 

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Vyetnamın "VNExpress" xəbər portalı məlumat yayıb.
Məlumata görə, 11 nəfər xilas edilib.
Ümumilikdə, qəza zamanı gəmidə 53 nəfər - 48 turist və 5 ekipaj üzvü olub.
Hadisə Vyetnamın şərq sahilində, Cənubi Çin dənizində, Tonkin körfəzindəki Halonq körfəzində baş verib. İlkin məlumatlara görə, turist turları üçün istifadə edilən qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.
Əlverişsiz hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə işləri davam edir.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər