Bütün xəbərlər
Tramp təkid edir ki, İranın üç nüvə obyekti ABŞ-ın zərbələri nəticəsində məhv edilib
Tarix: 19-07-2025 18:23 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Amerikanın zərbələrinin Tehranın nüvə proqramına ciddi ziyan vurmaması ilə bağlı xəbərlər fonunda bir daha İrandakı üç nüvə obyektinin məhv edildiyini iddia edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Truth” sosial şəbəkəsində o, İranın obyektləri yenidən işə salması üçün “illər çəkəcəyini” bildirib.
"İrandakı hər üç nüvə obyekti tamamilə məhv edilib və yaxud yer üzündən silinib", - Tramp yazıb.
Bundan əvvəl bir sıra Qərb KİV-ləri ABŞ-ın iyunun 22-də İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəzərdə tutulan məqsədlərinə çatmadığını yazıb. Hücumlardan dərhal sonra Tramp Fordo, Natanz və İsfahandakı obyektlərin faktiki olaraq məhv edildiyini iddia edib.
“Rossiya 24” telekanalına müsahibəsində “R-Techno” kəşfiyyat texnologiyaları agentliyinin baş direktoru Roman Romaçev deyib ki, ABŞ İranın nüvə obyektlərinə zərbələrin effektivliyinə dair birbaşa sübuta malik deyil.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər