Bütün xəbərlər
ABŞ-da MRT aparatına vurulan adam ölüb
Tarix: 19-07-2025 18:06 | Bölmə: Dünya


ABC xəbər verir ki, Nyu-Yorkda bir nəfər MRT aparatına çəkildikdən sonra ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin bildirdiyinə görə, ölən 61 yaşlı kişi MRT əməliyyatı aparılarkən otağa icazəsiz daxil olub.
“Zərərçəkənin boynunda iri metal zəncir olub və bu, onun maşına sorulmasına səbəb olub”, - deyə polis bildirib.
Kişi ağır xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada ölüb.
MRT aparatı daxili orqanların ətraflı təsvirini yaratmaq üçün güclü maqnit sahəsindən istifadə edir. Buna görə də xəstələrin skan zamanı yanlarında metal əşyaların olması qəti qadağandır, çünki onlar titrə, yerdəyişmə və qızdıra bilirlər.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər