Bütün xəbərlər
Politico: "Aİ ABŞ-a qarşı sərt cavab tarifləri tətbiq edə bilər"
Tarix: 23-04-2025 22:44 | Bölmə: Dünya

"Politico" yazır ki, Avropa İttifaqı Birləşmiş Ştatlara qarşı sərt cavab tarifləri tətbiq etməyi və Amerika silahlarının alışını azaltmağı istisna etmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, avropalılar ABŞ-dan gələn şirkət və bankların işinə məhdudiyyətlər qoya və patentləri ləğv edə bilirlər. Almaniya, Polşa və Fransa silahları ABŞ-dan deyil, Avropa istehsalçılarından almağa başlaya bilər.
"Biz deyirdik: bəli, biz onu (ABŞ Prezidenti Donald Trampı) sakitləşdirə bilərik - "F-35"lər, "Patriot" sistemləri, mayeləşdirilmiş təbii qaz və digər Amerika malları alın və o, sakitləşəcək.Amma mən hesab edirəm ki, bu, çox sadə strategiyadır, ən azı bu gün işləmir", - "Politico" almaniyalı deputat Peter Bayerdən sitat gətirir.
Aprelin 22-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampın yeni tariflər tətbiq etməsindən sonra bir çox ölkələrin Aİ ilə işləmək istədiyini bildirib.
Siyasətçi bildirdi ki, son bir neçə həftə ərzində o, İslandiya, Yeni Zelandiya, Malayziya, Filippin, Kanada, Hindistan və BƏƏ nümayəndələri ilə görüşmüşdür – onların hamısı “etibarlı tərəfdaşlar” axtarırlar”, – AK rəhbəri izah edib.
Von der Leyen əmindir ki, Aİ-yə inam indi, o cümlədən Aİ vətəndaşlarının özləri arasında da artır.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər