Bütün xəbərlər
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
Tarix: 24-09-2026 15:31 | Bölmə: Cəmiyyət

Yekaterinburqda üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölümcül xəsarətlər alıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin məlumatına görə, uşaq hadisə yerində ölüb.
Faciə 23 sentyabr çərşənbə axşamı, Akademika Landau küçəsində baş verib.
İlkin məlumatlara görə, qısa müddət nəzarətsiz qalan uşaq çoxmərtəbəli binanın 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.Qız aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Səhlənkarlıq nəticəsində ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər hadisənin təfərrüatlarını və hallarını müəyyən edirlər.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
14-09-2026, 17:37 Ər arvadını boğub