Bütün xəbərlər
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
Tarix: 09-09-2026 14:41 | Bölmə: Dünya


"Avropa ölkələri Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinə son qoyulmasını müzakirə etməyə hazırdır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful bunu "Bild"ə verdiyi müsahibədə bildirib.
Diplomatın sözlərinə görə, Berlin gərginliyin azaldılması üçün bütün təşəbbüsləri dəstəkləyir. Vadeful xüsusilə Almaniyanın Qara dənizdə atəşkəsi dəstəklədiyini vurğulayıb.
Əgər o (Putin) bu müharibəyə son qoymaq barədə ciddi şəkildə danışmağa hazırdırsa, biz mütləq onunla müzakirə etməyə hazır olacağıq.
ALMANİYA XARİCİ İŞLƏR NAZİRİ BİLDİRİB.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna münaqişəsini sülh yolu ilə həll etməyə çalışdığını və bu prosesə açıq olduğunu bildirmişdi.O əlavə etdi ki, Rusiya Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqların bərpasına ümid edir.




Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər
24-08-2026, 17:53 Alman milyarder vəfat etdi