Bütün xəbərlər
WP: Ağ Ev milyonçular üçün vergi artımını nəzərdən keçirir
Tarix: 23-04-2025 20:32 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalıların ildə 1 milyon dollardan çox qazanc əldə etdikləri təqdirdə onların gəlirlərinə vergilərin artırılmasını nəzərdən keçirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Washington Post” qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazır.
Nəşr aydınlaşdırır ki, respublikaçılar xərclərin azaldılması üçün müxtəlif variantları nəzərdən keçirirlər, lakin eyni zamanda 2017-ci il qanununda nəzərdə tutulduğu kimi ABŞ-ın ən varlı vətəndaşları üçün vergiləri azaltmağa davam edərək belə bir addımın siyasi itkilərindən xəbərdardırlar.
“Bu çətinliklər Trampın bəzi tərəfdarlarını ən zənginlərdən vergiləri artırmaq barədə düşünməyə vadar edib”, - "Washington Post" yazır.
Nəşr həmçinin ABŞ-ın vitse-prezidenti J.D.Vens və İdarəetmə və Büdcə Ofisinin direktoru Rassel Votun təşəbbüsü dəstəklədiyini bildirir. Öz növbəsində, digər nüfuzlu respublikaçılar, o cümlədən ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və senatorlar Deyv MakKormik və Ted Kruz, nəşrin qeyd etdiyi kimi, vergilərin artırılması ideyasına qarşı çıxıblar.
“The Washington Post” yazır ki, ABŞ rəhbərliyi Konqresdə bu qanun layihəsinin dəstəyini təmin etmək üçün belə bir təşəbbüsün müxtəlif variantlarını nəzərdən keçirir. Nəşrdə qeyd olunduğu kimi, skeptiklər bu məsələ ilə bağlı fikir ayrılıqları səbəbindən Respublikaçılar sıralarında partiyadaxili böhranın yarana biləcəyindən danışırlar.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər