Bütün xəbərlər
Rubio: "Ukrayna münaqişəsi yalnız diplomatiya yolu ilə həll edilə bilər"
Tarix: 24-03-2025 21:47 | Bölmə: Dünya

Ukrayna münaqişəsini hərbi yolla deyil, yalnız diplomatik yolla həll etmək olar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
ABŞ prezidenti Donald Trampın Nazirlər Kabinetinin iclasında o xatırladıb ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri danışıqlar aparır və onun irəliləyişə səbəb olacağına ümid edir.
TASS Rubionun sözlərindən sitat gətirir: "Bu müharibənin hərbi həlli yoxdur, ona danışıqlar yolu ilə son qoyulmalıdır".
Dövlət katibinin sözlərinə görə, Tramp “digər ölkələrin və digər şəxslərin maneələrinə” baxmayaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa nail olur.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ər-Riyaddakı məsləhətləşmələrdən sonra Rusiya və ABŞ nümayəndələri heç bir sənəd imzalamağı planlaşdırmırlar.



Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər