Bütün xəbərlər
Britaniya Ukraynaya göndəriləcək kontingentin formalaşmasını sürətləndirəcək
Tarix: 21-03-2025 20:04 | Bölmə: Dünya

Britaniya Ukraynaya mümkün yerləşdirmə üçün “sülhməramlı qüvvə” yaradılması üzərində işi gücləndirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Key Starmerin nümayəndəsi "Reuters" agentliyinə istinadən məlumat verib.
"Biz əməliyyat planlaşdırma tempini və miqyasını sürətləndirməyə davam edəcəyik.Biz təfərrüatları araşdırırıq və gələcək qüvvələrin strukturunu daha yaxından nəzərdən keçiririk".
Baş nazirin sözçüsü həmçinin bildirib ki, Britaniya hərbi planlayıcıları gələn həftə Qərbin Ukraynaya mümkün hərbi əməliyyatlarını müzakirə etmək üçün görüşəcəklər.
Cümə axşamı Londonda qondarma "istəklilər koalisiyası"na daxil olan 30-a yaxın ölkənin hərbi nümayəndələrinin görüşü keçirilib. Görüşdə münaqişə bitdikdən sonra Ukraynaya qoşun yeridilməsinin operativ aspektləri müzakirə olunub. Lakin Britaniya tərəfi əldə olunmuş razılaşmalarla bağlı rəsmi açıqlama verməyib.
Elə həmin gün Böyük Britaniyanın Xaricdəki Birgə Qüvvələr Qərargahında danışan Starmer bildirib ki, ölkə Ukraynada quru, dəniz və hava əməliyyatları üçün planlar hazırlayır və bu planlar münaqişə həll edildikdən sonra sülh sazişinə əməl olunmasını təmin etmək üçün həyata keçirilə bilər.
Bundan əvvəl Britaniya mediası London və Parisin Ukraynaya 10-30 min nəfərlik “sülhməramlı korpus” yaratmaq və göndərmək imkanını nəzərdən keçirdiyini yazıb. O, sülh sazişinə əməl olunmasını təmin etməlidir. Həmçinin qeyd olunub ki, Britaniya qırıcıları Polşadan Ukrayna hava məkanında patrul etməyə başlaya bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 12-də bildirib ki, status və vəzifələrindən asılı olmayaraq, NATO qoşunlarının Ukraynada olması Rusiya üçün təhlükə kimi qiymətləndiriləcək. "Rusiya heç bir halda bunu qəbul etməyəcək", - Rusiya XİN rəhbəri vurğulayıb.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər