Bütün xəbərlər
"Politico": Tramp Maskın səlahiyyətlərini məhdudlaşdırıb
Tarix: 07-03-2025 13:00 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın mandatını məhdudlaşdırmaq üçün ilk mühüm addımı atıb: o, milyarderin idarələrdə kadr məsələlərini təkbaşına həll etmək səlahiyyətinə malik olmadığını təsdiqləyib, "Politico" qəzeti yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Tramp "Truth Social" sosial şəbəkəsində ölkənin hökumət strukturlarında kadr dəyişikliyi ilə bağlı yekun qərarları nazirlər verəcəyini yazıb. Beləliklə, o, bu funksiyanın Elon Maska aid olmayacağını açıqladı. Tramp Maska hökumət kadrları ilə bağlı qərarlarda “balta əvəzinə neştərdən” istifadə etməyi tövsiyə etdi.
"Politico"ya görə, Tramp cümə axşamı öz administrasiyasının rəsmilərinə Maskın birtərəfli kadr qərarları verə bilməyəcəyini açıqlayıb.
"Tramp deyib... Maskın departamentlərə tövsiyələr vermək səlahiyyəti var, lakin kadr məsələləri və strategiya ilə bağlı birtərəfli qərarlar qəbul etmək səlahiyyəti yoxdur", - "Politico" ABŞ rəsmilərinə istinadən yazır.
Qəzet qeyd edir ki, Mask cümə axşamı iclasda iştirak edib və onun departamentinin işində "bəzi səhv addımlar" olduğunu etiraf edib.
"Politico"nun qeyd etdiyi kimi, bu, Maskın səlahiyyətlərini məhdudlaşdırmaq üçün ilk mühüm addımdır.
Tramp hakimiyyətə gəldikdən sonra Mask hökumətin səmərəliliyini artırmaq və xərcləri azaltmaq üçün nəzərdə tutulmuş departamentə rəhbərlik edib. Departament ABŞ hökumətinə gündə 1 milyard dollar qənaət etdiyini iddia etdi. Fevral ayında Ağ Ev bildirib ki, Tramp hökumət qurumlarına DOGE və onun lideri Maskla əməkdaşlıq etməyi əmr edib.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər