Bütün xəbərlər
İsrailli deputat Belyak: "HƏMAS-ın hərbi potensialı 95% məhv edilib"
Tarix: 01-02-2025 11:46 | Bölmə: Dünya

“Həmas” hərəkatının hərbi potensialı indiyədək 90-95% məhv edilib, “Rossiya 24” telekanalının efirində müxalifətdə olan “Yeş Atid” partiyasından Knessetin (parlament) deputatı Vladimir Belyak bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında münaqişəni şərh edən Belyak qeyd edib ki, müasir müharibələrdə mütləq qaliblər yoxdur.
“Lakin buna baxmayaraq, HƏMAS-ın hərbi potensialının 90-95% məhv edildiyi şübhə doğurmur”, - israilli deputat bildirib.
Misir Xarici İşlər Nazirliyinin keçmiş baş katibinin müavini Rəmzi Əzzəldin Rəmzi bir müddət əvvəl HƏMAS-ın qələbəsinin hərəkatın siyasi statusunu qoruyub saxlaması ilə bağlı olduğu fikrini bildirmişdi.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər