Bütün xəbərlər
Aİ Venesuelanın seçilmiş prezidentinin legitimliyini tanımadığını bəyan edib
Tarix: 11-01-2025 01:47 | Bölmə: Dünya

Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas Nikolas Maduronun Venesuelanın qanuni prezidenti kimi tanınmadığını deyib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun, açıqlamasında bildirdiyinə görə, hakimiyyət rəsmi seçki protokollarını dərc etmədiyi üçün seçkilərin nəticələri yoxlanılmamış qalıb və xalqın iradəsini əks etdirmir.
Kallas qeyd edib ki, hakimiyyət şəffaf demokratik keçidi təmin etmək fürsətini əldən verib və müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyaları kəskin şəkildə artırıb, vətəndaşların qorxudulmasına və ölkədən çıxarılmasına gətirib çıxarıb. Aİ ikili vətəndaşlar da daxil olmaqla, əsassız həbslərə son qoymağa və bütün siyasi məhbusları azad etməyə çağırıb.
Sənəddə həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsinin Karakasa qayıtması alqışlanır və Venesuelanı bu və digər beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq etməyə çağırır. Kallas əlavə edib ki, Aİ Şurası demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan 15 şəxsə qarşı yeni sanksiyalar paketi təqdim edib.
Maduronun inaqurasiya mərasimi cümə günü Karakasda baş tutub.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər