Bütün xəbərlər
Baydenin Ukrayna üçün xərclənməmiş 4 milyard dolları Trampın komandasına gedəcək
Tarix: 11-01-2025 00:39 | Bölmə: Dünya

ABŞ-ın hazırkı administrasiyası büdcədən Ukraynaya dəstək üçün ayrılan vəsaiti tam xərcləyə bilmədi; yerdə qalan 4 milyard dollar yeni prezident Donald Trampın komandasına köçürüləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü Pentaqon ABŞ-ın Ukraynaya silah tədarükü proqramının bir hissəsi kimi böyük hərbi yardım paketi elan edib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Ukraynaya yardım üçün ayrılan xərclənməmiş büdcə vəsaitlərinin taleyini Tramp administrasiyası həll edəcək.
“Narahat olmayın, növbəti administrasiyanın ixtiyarında qalacaq məbləğ 4 milyard dollardan bir qədər az olacaq”, - deyə, Sinq jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu pulu Trampın komandası Kiyevi daha da dəstəkləmək üçün istifadə edə bilər.
Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Trampın ABŞ prezidenti kimi inauqurasiyası Qərb ölkələrinin Ukraynaya hərbi təchizatla bağlı koordinasiya qrupunun işinə təsir etməyəcək.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər