Bütün xəbərlər
"Hizbullah" PUA-ları Hayfanın cənubundakı hərbi bazaya hücum edib
Tarix: 22-10-2024 22:13 | Bölmə: Dünya

Livanın "Hizbullah" şiə hərəkatının döyüşçüləri İsrailin Hayfa şəhərinin cənubundakı Elyaquim hərbi bazasına PUA-dan zərbələr endirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə "Hizbullah" şiə hərəkatı məlumat yayıb.
“İslam müqaviməti döyüşçüləri Hayfanın cənubundakı Elyakim hərbi bazasına hücum edərək, bir sıra kamikadze pilotsuz uçan aparatları işə salıblar”, - məlumatda deyilir.
"Hizbullah"ın məlumatına görə, pilotsuz təyyarələr bütün hədəfləri vurub.
Oktyabrın 19-da İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın İsrail ərazisini atəşə tutduğunu bildirib. İsrail ordusu Livandan sərhədi keçən 200-ə yaxın raketi qeydə alıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü