Bütün xəbərlər
Rusiyanın Londondakı səfirliyi: Britaniya hakimiyyəti Skripalları dünyadan gizlətməyə çalışır
Tarix: 30-09-2024 19:51 | Bölmə: Dünya

Rusiyanın Londondakı səfirliyi bildirib ki, Sergey və Yuliya Skripalın britaniyalı qadın Dawn Sturges-in ölümü ilə bağlı dinləmələrə cəlb edilməməsi Britaniya hakimiyyətinin onları dünyadan gizlətmək istəyini göstərir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl “İndependent” istintaqın rəhbərinə istinadən xəbər verdiyinə görə, Skripallar təhlükəsizlik səbəbi ilə Sturges-in zəhərlənməsi işində ifadə verməyəcəklər. "Guardian" qəzeti də eyni versiyanı dilə gətirib.
Rusiya səfirliyindən RİA Novosti-nin əldə etdiyi şərhdə deyilir ki, Skripalları dinləmələrə cəlb etməmək qərarı Londonun onları bütün dünyadan necə inadla gizlətməyə çalışdığını bir daha göstərir.
Xatırladaq ki, bu ilin iyun ayında Rusiya Federasiyasında dövlətə xəyanətdə təqsirli bilinən keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanın Sturges-in zəhərlənməsi işi üzrə dinləmələrdə şəxsən iştirak etmək istəmədiyi məlum olub.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər