Bütün xəbərlər
Livan İsrailə yüzlərlə raket atıb
Tarix: 27-08-2024 11:33 | Bölmə: Dünya

Hizbullahın Livandan atdığı qısa mənzilli raketlər və pilotsuz təyyarələr İsrailin şimalındakı şəhər və qəsəbələri hədəfə alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xəsarət alan olmasa da, bir neçə mülki obyekt dağıdılıb. VGTRK-nın Yaxın Şərq bürosunun rəhbəri Sergey Paşkov bazar günü “Rossiya 1” telekanalına raket hücumunun təfərrüatları barədə danışıb.
İsrail ordusunun sözçüsü Anna Ukolova bildirib ki, raketlərin və pilotsuz təyyarələrin əksəriyyəti “Dəmir günbəz” sistemi tərəfindən ələ keçirilib və məhv edilib.
“Ümumilikdə, Livan ərazisindən 230-a yaxın raket və 20 pilotsuz uçuş aparatı atılıb. Hərbi Hava Qüvvələrimizin qırıcıları tərəfindən vurulan qabaqlayıcı zərbə ilə İsrailə yönəlmiş çoxlu raketlər məhv edilib”, - Ukolova bildirib.
Şimalda müvəqqəti fasilə verən İsrail ordusu cənubda, Qəzza zolağında əməliyyatları intensivləşdirib. Bir gün əvvəl komandanlıq Rəfah şəhərində HƏMAS silahlı briqadasının tamamilə məhv edildiyi barədə məlumat vermişdi.


Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər