Bütün xəbərlər
Amsterdamda Ukraynaya silah tədarükünə qarşı nümayiş keçirilib
Tarix: 25-08-2024 18:52 | Bölmə: Dünya

Amsterdamda Ukraynaya silah tədarükünə qarşı nümayiş keçirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, etiraz aksiyası bazar günü günorta Amsterdamın Dam meydanında başlayıb. Onlarla insan sülh naminə silah tədarükünə son qoymağa çağıran yazıları olan plakatlarla gəlib. Bəzilərinin əlində rus üçrəngli bayrağı, eləcə də sülh rəmzi olan göyərçin bayraqları vardı. RİA Novosti xəbər verir ki, yerli polis meydanda asayişi izləyib.
Hollandiyalı fəal və pasifist Bert van Vondel müxbirlə söhbətində qeyd edib ki, o, Qərbin Ukraynaya sponsorluğunu absurd hesab edir, çünki bu, insanların qətlidir.
Xüsusi əməliyyat başlayandan bəri Hollandiya Kiyevə 60 T-72 tankı, 200-dən çox müxtəlif tipli döyüş piyada texnikası, 100-ə yaxın “Leopard” tankı və s. Haaqa həmçinin Ukraynaya 24 ədəd F-16 qırıcısı təhvil verəcəyini vəd edib.


Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər