18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
İspaniya parlamentinin deputatı pedofiliya cinayətinə görə istefa verib
Tarix: 19-08-2024 22:48 | Bölmə: Dünya

ABC telekanalı xəbər verir ki, İspaniya Sosialist Fəhlə Partiyasından Kastiliya və Leon Muxtar İcmasının parlamentindəki deputatı Xuan Luis Sepa istefa ərizəsini yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi zorakılıq ittihamı ilə keçirilən mühakimə zamanı təqdim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin məlumatına görə, 1999-cu ildən partiyanın üzvü olan siyasətçi “şəxsi səbəblərdən” istefa verib. O, avqustun 19-da səhər saatlarında qüvvəyə minib.
Azyaşlıya qarşı zorakılıq iddiası ilə bağlı istintaq əvvəlcə Syudad Rodriqo şəhərinin məhkəməsində başlayıb, sonra məhkəmə işi Ali Məhkəməyə verib. Əvvəllər iş gizli saxlanılırdı, indi isə məxfilik aradan qaldırılıb və təqsirləndirilən şəxs ifadə verməyə çağırılıb.
İspaniyanın baş naziri Pedro Sançesin hakim partiyası hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.
Bundan əvvəl xəbər verilmişdi ki, İjevskdə əcnəbi iki yeniyetmə qızı zorlamaqda ittiham olunur. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabrında və 2024-cü ilin iyulunda avtomobildə 14 və 16 yaşlı qızları zorlayıblar.


Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər