Bütün xəbərlər
İsrail Qəzza danışıqlarına nümayəndə heyəti göndərməyə razılaşıb
Tarix: 09-08-2024 07:44 | Bölmə: Dünya

Qəzza zolağında atəşkəslə bağlı danışıqlar avqustun 15-də baş tutacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün nümayəndə heyəti göndərəcək. Bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“ABŞ və vasitəçilərin təklifi ilə İsrail avqustun 15-də çərçivə sazişinin icrasının təfərrüatlarını razılaşdırmaq üçün yeri daha sonra müəyyən ediləcək danışıqlara nümayəndə heyəti göndərəcək”, - deyə, məlumatda bildirilir.
Bundan əvvəl Qətər, Misir və ABŞ liderləri İsrail və HƏMAS-ı Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırıblar. Vasitəçilər hər iki tərəfi qane edəcəyi gözlənilən təklifin yekun variantını təqdim etməyə hazır olduqlarını bəyan ediblər.
Bir gün əvvəl Netanyahu bildirib ki, Livan Hizbullah hərəkatının yüksək səviyyəli komandiri Fuad Şükr və HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra Qəzza zolağı ilə bağlı razılaşmanın bağlanma şansı xeyli artıb.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər