Bütün xəbərlər
İsrailin xarici işlər naziri Livanla müharibənin qarşısını almaq üçün son şansı açıqlayıb
Tarix: 28-07-2024 11:48 | Bölmə: Dünya

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorstein, Colan Təpələrinə zərbə ilə bağlı bildirib ki, Livanla genişmiqyaslı müharibənin qarşısını almağın yeganə yolu “Hizbullah hərəkatını BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə məcbur etməkdir”.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu sənəd BMT-nin sülhməramlı qüvvələri və nizami Livan ordusunun bölmələri istisna olmaqla, bütün silahlı qüvvələrin Litani çayının cənubunda yerləşən ərazidən təmizlənməsini əmr edir.
Marmorstein X sosial şəbəkəsində yazdığı kimi, "bunu diplomatik şəkildə etmək üçün son dəqiqələr keçir".
Təl-Əviv iyulun 27-də 12 nəfərin ölümü ilə nəticələnən Colan təpələrinə hücumun Hizbullahın arsenalından İran raketi ilə həyata keçirildiyini bildirib və “sərt cavab” vəd edib.
Livan şiə hərəkatı Colan təpələrinə İsrail ordusuna məxsus zenit-raket qurğusunun düşdüyünü iddia edir.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər