14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
"BlueLabs": Bayden artıq 14 əsas ştatda Trampa uduzur
Tarix: 17-07-2024 14:29 | Bölmə: Dünya

Donald Trampa sui-qəsd cəhdi ABŞ-da seçki yarışının gedişatını dəyişib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Prezident Co Bayden seçicilərin dəstəyini itirməkdə davam edir.
"BlueLabs" tərəfindən aparılan araşdırmaya görə, ölkənin 14 əsas ştatında respublikaçı şahinlərə münasibət dəyişib.
Amerika liderinin mövqeyi Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında ciddi şəkildə zəifləyib.
Tramp Baydeni Nevada, Kolorado, Nyu Meksiko, Şimali Karolina, Virciniya, Minnesota, Nyu-Hempşir, Men və Nebraska ştatının bir rayonunda da keçdi. Reytinqlərə görə prezident demək olar ki, bütün demokratlardan geri qalır.
Araşdırmada 15 min respondent iştirak edib. ABŞ-ın növbəti dörd il üçün taleyi noyabrın 5-də həll olunacaq.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər