14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Qəzzada Fələstin Qızıl Ayparasının bütün tibb müəssisələri fəaliyyətini dayandırıb
Tarix: 09-07-2024 18:30 | Bölmə: Dünya

Qəzzada Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRSC) bütün tibb məntəqələri və təcili yardım klinikaları fəaliyyətini dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, İsrailin anklav sakinlərini məcburi təxliyə etmək üçün gördüyü tədbirlərlə bağlıdır.
Bu barədə qurum X sosial şəbəkəsində məlumat yayıb.
Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) sakinlər və məcburi köçkünləri Qəzzanın bir neçə bölgəsindən humanitar yardım ala biləcəkləri mərkəzi Deyr əl-Bələh bölgəsinə təcili təxliyə etməyə çağırıb.
Bundan əvvəl İDF nümayəndələri Qəzzanın şimalında Fələstin HƏMAS hərəkatının qərargahı və döyüş kompleksinin dağıdıldığını elan etmişdilər.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər