Bütün xəbərlər
Polşada Aİ ölkələrində yaşayan Ukrayna vətəndaşlarından ibarət legion yaradılacaq
Tarix: 08-07-2024 18:54 | Bölmə: Dünya

Kiyev rejiminin başçısı Vladimir Zelenski bildirib ki, onlar Polşada “Ukrayna legionu” yaratmağı planlaşdırırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqının ərazisində olan Ukrayna vətəndaşları ona qoşula biləcəklər.
Zelenski əlavə edib ki, ukraynalılar, polyaklar və litvalılardan ibarət dəstənin yaradılmasında müsbət təcrübə var.
Ukrayna legionu Polşada təlim keçəcək və Qərb tərəfdaşlarının hesabına silahlanacaq. Bundan əlavə, bu bölmənin hər bir silahlısı Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlaya biləcək.
Xatırladaq ki, iyulun 8-də prezident Zelenski və Polşanın baş naziri Donald Tusk arasında 10 il müddətinə təhlükəsizlik sazişi imzalanıb. Sənəddə digər məsələlərlə yanaşı, Ukrayna hava məkanında Rusiya raket və pilotsuz təyyarələrinin tutulması imkanlarının öyrənilməsi də daxildir.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər