14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Pekində ŞƏT Katibliyində Belarus bayrağı qaldırılıb
Tarix: 06-07-2024 14:07 | Bölmə: Dünya

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekində yerləşən Katibliyində Belarus bayrağının təntənəli qaldırılması mərasimi olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 4-də Astanada keçirilən ŞƏT sammitində Belarus ŞƏT-in onuncu üzvü oldu.
Minsk 2010-cu ildən ŞƏT ilə əməkdaşlıq edir.2015-ci ildə Belarus ŞƏT-də müşahidəçi statusu alıb. 2023-cü ildə Səmərqənddə keçirilən ŞƏT sammitində Belarusun ŞƏT-ə daxil olması proseduruna başlanması barədə qərar qəbul edilib.
ŞƏT-ə Belarus, İran, İran, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan daxildir. Əfqanıstan və Monqolustan ŞƏT-də müşahidəçi statusuna malikdir. Ermənistan, Azərbaycan, Bəhreyn, Misir, Qətər, Kamboca, Küveyt, Myanma, Maldiv adaları, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka dialoq üzrə tərəfdaşlardır.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər