14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Orbanın ofisi: Ukraynada NATO əsgərlərinə hücum edilərsə, Macarıstan döyüşməyəcək
Tarix: 13-06-2024 16:34 | Bölmə: Dünya

Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas deyir ki, Ukraynadakı münaqişə bitməsə, gec-tez NATO bölmələri ölkənin qərbində peyda olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin izah etdiyinə görə, Şimali Atlantika Alyansı Rusiya ordusu irəliləyəcəyi təqdirdə qoşun göndərmək planlarını artıq açıq elan edib, RİA Novosti yazır. Lakin NATO bölmələrinə hücum edilərsə, o zaman Macarıstan Alyans Müqaviləsinin 5-ci maddəsinə baxmayaraq, onlara kömək etməyəcək.
Xatırladaq ki, daha əvvəl hərbi blokun baş katibi Yens Stoltenberq Macarıstanın Kiyev rejimini silahla təmin etməyəcəyini bildirmişdi. Bunun müqabilində Budapeşt Ukrayna Silahlı Qüvvələrinin NATO-nun digər üzvlərinə təchizatına müdaxilə etməyəcəyinə söz verib.
Macarıstan hökumətinin başçısı Viktor Orban da öz növbəsində bildirib ki, ölkəsi Ukraynada alyans missiyasının yaradılmasına qarşıdır, lakin bununla bağlı heç nə edə bilməz, çünki NATO üzvlərinin əksəriyyəti bu ideyanı dəstəkləyir.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər