Bütün xəbərlər
IDF: İsrail İranın Dəməşqdəki səfirliyini yox, SEPAH obyektini vurdu
Tarix: 02-04-2024 21:04 | Bölmə: Dünya

İsrail Hərbi Hava Qüvvələri İran səfirliyinə deyil, Dəməşqdə İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi obyektinə zərbələr endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Hagari bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail kəşfiyyatı dağıdılan binanın SEPAH-ın Əl-Qüds xüsusi təyinatlı bölməsinə aid olduğunu təsdiqləyib.
Bir gün əvvəl İsrail İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücum edib. İranın dövlət telekanalı IRIB-in məlumatına görə, hücum nəticəsində 13 nəfər həlak olub. Bundan əvvəl SEPAH yeddi əsgərinin, o cümlədən iki briqada generalı Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhiminin öldüyünü təsdiqləyib.
İranın Xarici İşlər Nazirliyi İsrailə xəbərdarlıq edib ki, Tehran təcavüzkarı cavablandırmaq və cəzalandırmaq hüququnu özündə saxlayır. Dəməşqdəki diplomatik binaya hücumdan sonra Rusiya BMT Təhlükəsizlik Şurasının çağırılmasını istəyib.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər