22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çad prezidenti NSA-nın qərargahına hücumda iştirak edənlərin həbs edilməsini əmr edib
Tarix: 29-02-2024 10:49 | Bölmə: Dünya

Çadın keçid prezidenti Mahamat İdriss Deby Itno müxalif Sərhədsiz Sosialist Partiyasının bütün fəallarının həbs edilməsi barədə göstəriş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar Çadın İnformasiya Nazirliyinin kommünikesində deyilir. Dövlət başçısı Milli Təhlükəsizlik Agentliyinin Njamenadakı qərargahına hücumu həyata keçirənlərin dərhal tutulmasını zəruri hesab edib.
Ötən gecə agentliyin ofisinə hücum olub. Qərargah basqın edildi.
Bundan əvvəl bildirilmişdi ki, Çadın paytaxtında hökumət qoşunları ilə müxalifət partiyasının liderinə sadiq qüvvələr arasında şiddətli toqquşmalar başlayıb. Ölkənin Rusiyadakı səfiri Adəm Beşir baş verənlərin dövlət çevrilişinə cəhd olmadığını bildirib. Hökumət qüvvələri asayiş üçün küçələri bağlayacaq.
Bu arada mediada keçid dövrünün prezidentinin əmisi oğlu olan müxalif Sərhədsiz Sosialist Partiyasının liderinin öldüyü barədə xəbərlər yayılıb.





Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər