Bütün xəbərlər
Husilər yük gəmisini və ABŞ esminesini atəşə tutub
Tarix: 23-02-2024 00:43 | Bölmə: Dünya

Husilərin sözçüsü Yəhya Sariya bildirib ki, Yəmənin Ənsar Allah hərəkatı "Islander" yük gəmisinə bir neçə gəmi əleyhinə raket və ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesinə bir neçə pilotsuz uçan aparat atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əlavə, Ənsar Allah İsrailin Eylat liman şəhərinə ballistik raketlər atıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Aydarə iki raketin buraxıldığını bildirmişdi. Gəmi cüzi ziyan gördü, bir ekipaj üzvü yüngül xəsarətlərlə xilas oldu.
Beynəlxalq Valyuta Fondu Husilərin hücumlarının Süveyş kanalı vasitəsilə yük daşımalarının kəskin azalmasına səbəb olduğunu bildirib. Fevralın 13-dən etibarən həcmlər 55% azalıb.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər