Bütün xəbərlər
İran uzaqmənzilli ballistik raketini uğurla sınaqdan keçirib
Tarix: 13-02-2024 10:19 | Bölmə: Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gəmidən uğurla uzaq mənzilli ballistik raket atıb, IRNA xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd edildiyi kimi, uzaqmənzilli ballistik raketin sınaq buraxılışı İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölməsi) aerokosmik qüvvələrinin və SEPAH Hərbi Dəniz Qüvvələrinin işi çərçivəsində hərbi gəmidən həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin komandanı general Hüseyn Səlami vurğulayıb ki, bu buraxılış bölmənin “döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır”. İndi SEPAH dünyanın istənilən nöqtəsində istənilən hədəfi vura bilər, çünki döyüş gəmiləri beynəlxalq sularda istənilən yerə çata bilir.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər