Bütün xəbərlər
Miley Argentina səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb
Tarix: 06-02-2024 20:54 | Bölmə: Dünya

Argentina prezidenti Xavyer Miley respublikanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yəhudi Dövlətinin Xarici İşlər Naziri İsrael Katz Mayliyə minnətdarlığını bildirib. Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, İsrail və Fələstin Muxtariyyəti Qüdsü özlərinin paytaxtı hesab edir. Müstəqillik Müharibəsindən sonra şəhər iki hissəyə bölündü: qərbi İsrail, şərqi Trans-İordaniya tərəfindən idarə olundu. Altı günlük müharibə nəticəsində yəhudi dövləti Qüdsü tamamilə işğal etdi.
Hazırda şəhərdə ABŞ, Qvatemala, Kosovo Respublikası, Honduras və Papua Yeni Qvineyanın səfirlikləri yerləşir.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər