Bütün xəbərlər
İntiharı tövsiyə edən zəhərlər üzrə mütəxəssis Kanadada mühakimə olunacaq
Tarix: 12-12-2023 22:57 | Bölmə: Dünya

Bütün dünyaya ölümcül maddə olan mindən çox bağlama göndərən Kanada sakini qətldə ittiham olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı Kanada sakini Kennet Lou ağırlaşdırıcı hallar olmadan qətl törətməkdə ittiham olunur. RİA Novosti-nin məlumatına görə, Lou internet üzərindən böyük dozalarda istifadəsi faciəvi nəticələrə səbəb olan maddə satırdı.
Müttəhimin müştəriləri arasında canını vermək istəyənlər də olub. Müstəntiqlərin sözlərinə görə, Kennet onlara məsləhətlər verib. Təxminən altı ay əvvəl zəhər satıcısı intihara məsləhət vermək və ya kömək etməkdə ittiham olunub. Çərşənbə axşamı məlum oldu ki, Lou indi 14 qətldə ittiham olunur.
Məsləhətçinin “dəstəkləri” ilə 16-36 yaş arası bir neçə nəfər həyatını itirdi. İlkin məlumatlara görə, Lou 40 ölkə ilə maraqlananlara 1,2 mindən çox bağlama göndərib. Böyük Britaniya, Amerika, İtaliya, Avstraliya və Yeni Zelandiyanın hüquq-mühafizə orqanları da bu işi araşdırır.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər